1. Ümumi Şərtlər
WorkHub platformasından istifadə etməklə siz bu istifadəçi şərtlərini tam qəbul etmiş olursunuz.
2. İstifadəçi Öhdəlikləri
İstifadəçi təqdim etdiyi məlumatların (CV, vakansiya elanı, əlaqə vasitələri və s.) dəqiq və doğru olmasına cavabdehdir.
3. Qadağan Olunmuş Fəaliyyətlər
Yalan məlumat yerləşdirmək, dələduzluq məqsədli elanlar yaratmaq və platformanın işinə mane olacaq texniki müdaxilələr etmək qətiyyən qadağandır.
4. Xidmətin Dəyişdirilməsi və Xitam
Platforma administrasiyası qaydaları pozan istifadəçilərin hesablarını və elanlarını xəbərdarlıq etmədən bloklamaq hüququnu özündə saxlayır.
Qaydaların dəyişdirilməsi və yenilənməsi hüququmuzu özümüzdə saxlayırıq.