Baş Direktor / CEO
Maaş təklifi
Razılaşma yolu ilə
İşin təsviri:
QALAN-ın uzunmüddətli inkişaf strategiyasını hazırlamaq və həyata keçirmək;
Şirkətin strateji və operativ fəaliyyətinə rəhbərlik etmək;
Əsas biznes istiqamətlərinin fəaliyyətini koordinasiya etmək və departament rəhbərlərinin işini ümumi - strategiya ilə uyğunlaşdırmaq;
Gəlir, satış, istifadəçi artımı və digər əsas biznes KPI-larına cavabdeh olmaq;
Satış və marketinq strategiyalarının effektivliyini artırmaq;
Şirkətin maliyyə və əməliyyat göstəricilərini mütəmadi izləmək, təhlil etmək və nəticələrə əsasən qərarlar qəbul etmək;
Biznes proseslərini təhlil etmək, optimallaşdırmaq və əməliyyat effektivliyini artırmaq;
Yeni biznes və inkişaf imkanlarını müəyyənləşdirmək və həyata keçirmək;
Şirkətin bazardakı mövqeyini gücləndirmək və böyümə imkanlarını genişləndirmək;
Güclü, peşəkar və nəticəyönümlü komanda formalaşdırmaq və inkişaf etdirmək;
Həftəlik və aylıq hesabat görüşlərini keçirmək, nəticələri təhlil etmək və növbəti dövr üçün ölçülə bilən hədəflər müəyyənləşdirmək;
Departamentlər üzrə hesabatları qəbul etmək və fəaliyyət nəticələrini qiymətləndirmək;
Strateji tərəfdaşlıqlar qurmaq və şirkətin biznes əlaqələrini inkişaf etdirmək;
QALAN-ın Azərbaycan və regional bazarlarda böyüməsinə rəhbərlik etmək.